Azərbaycan Ordusunda silahlı insident olub.
APA-nın məlumatına görə, hadisə dünən Şəmkir hərbi birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. İlkin məlumata görə, Azərbaycan Ordusunun əsgəri Çingiz Bədəlovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Saleh Valeh oğlu Qorodayevə dəyib. Nəticədə T. Qoradayev aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisə zamanı dünyasını dəyişən T. Qorodayev Balakən, Ç. Bədəlov isə Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu APA-ya faktı təsdiqləyib.


