Rusiyanın muxtariyyətlərində ruslara nifrət artır

SSRİ-nin dağılmasından sonra Rusiya təkcə ayrılmış respubliklarla millli problem yaşamır. Artıq Rusiya daxilində yerləşən milli muxtariyyətlərdə də etnik qarşıdurma güclənir. Bu haqda “Sovobodnaya pressa” saytı yazır.

Rusiyada rusların ancaq Şimali Qafqazdan sıxışdırıldığı haqda fikir var. Amma bu prosses digər regionlarda da getdikcə qızışır. Məsələn Tuva respublikasının paytaxtı Qızılda etnik rusları ifadə edən “orus” kəlməsi artıq yad mənasına gəlir. Etnik tuvalıların ruslara münasibəti getdikcə yadlaşır. SSRİ dağılanda region əhalisinin ancaq 50%-i etnik rus idisə, indi bu say 20%-ə düşüb. Küçələrdə tez-tez “Ruslar rədd olun!” çağırışları səslənir. 1990-ların əvvəlləri Tuva “rus poqrom”ları kimi etnik münaqişəyə şahid olub.

Ruslar Kalmıkiyada da sıxışdırıldıqlarından şikayət edirlər. Buryatiyada isə rusları onların ərazisini zəbt etmiş kolonistlər adlandırırlar. Ən çox irəli sürülən ittiham rusların buryat mədəniyyətini məhv etməsidir.

azadliq.info