Rusiya hərbi müttəfiqi olan MDB respublikalarında mövqelərini itirir. Azərbaycan və Orta Asiya ölkələrində yerləşən rus hərbi bazaların saxlanması üçün şərtlərin birdən-birə artması Moskvanı təəcübləndirir. Rus ekspertləri burda “üçüncü əl”in olduğunu düşünürlər.
Öncə Azərbaycanda yerləşən Qəbələ radiolokasiya stansiyasına görə xərclərin dəfələrlə artması Rusiyanı bu ölkədən çıxmağa vadar edir. Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxma Rusiyanın Orta Asiyada mövqelərinə ciddi zərbədir. Qırğızıstan ərazisində olan 5 hərbi bazaya görə icarə haqqının ödənmədiyini deyir. Tacikistan isə 201-ci hərbi bazaüçün yeni şərtlər tələb edir. Son zamanlar Tacikistanın Hindistan və ABŞ-la yaxınlaşdığı gözə dəyir.
Bir sıra ekspertləri məsələni siyasi oxun dəyişməsinə yox, komersiya maraqlarına bağlayırlar. Tacikistan və Qırğızıstanda olan hərbi bazalardan gələn icarə haqqı həyati əhəmiyyətlidir. Rusiya dövlətini hansı qəti addımlar atacağı məlum deyil. Ancaq hərbi rəislər vasitəsilə arabir siyasi mesajlar verilir.
azadliq.info


