Musa Yaqubun kitabının təqdimatı keçirildi

Mayda 75 illiyini qeyd edən məşhur Azərbaycan şairi Musa Yaqub çərşənbə axşamı yeni “Dövrün dəyirmanı” şeirlər və poemalar toplusunu təqdim edib. Kitabın Azərbaycan Kinematoqrafçılar Ittifaqının sədri Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi “Ibrus” teatrında keçirilən təqdimatında Azərbaycanın yaradıcı ziyalıları iştirak ediblər.
Mahiyyətcə, bu, Ziyalılar Forumunun üzvü olan həmfikirlərin gecəsi idi. Musa Yaqub da bu yaxınlarda digər məşhur şair və yazıçıların daxil olduğu bu Foruma üzv olub.
Lirik-psixoloji şeirlərin müəllifi kimi məşhur olan şair kitabın ön sözündə qeyd edir ki, onun yaradıcılığında dəyirman obrazı ilə bağlı çox sayda şeir və poema var.
Şair dəyirmanı həyatla, su ilə, zaman çarxının daimi hərəkəti ilə təcəssüm etdirir.
Musa Yaqubun dostu, şair Ramiz Rövşən onu “Təbiət şairi” adlandıraraq, başqa heç kimin öz yaradıcılığında insanı və təbiəti şeirlərdə və nəsrdə bütünləşdirmək yüksəkliyinə çata bilməyib. Gecədə Musa Yaqub ruhən yaxın insanların çevrəsində çox tərif eşidib, amma hər zamanki kimi onları təmkinli və emosiyasız qəbul edib.
“Mən öz taleyinin çarxını döndərən sadə bir dəyirmançıyam”, deyə o, dostlarına bədii şəkildə cavab verib.