“Azadlıq”ın sayıtna giriş yenə çətinləşib

Əsas problem isə “Bakinternet”lə bağlıdır

İyulun 12-də “Azadlıq” qəzetinin saytına giriş yenidən məhdudlaşdırılıb. Saytın istifadəçiləri sosial şəbəkələrdə və redaksiyaya müraciətlərində üzləşdikləri problemlə bağlı məlumat veriblər. Əsas şikayət isə “Bakinternet” provayderindəndir. Bu provayderdən sayta giriş mümkünsüz olub.
Provayderin istifadəçiləri məlumat verirlər ki, onun üzərindən “Azadlıq”ın saytına daxil olmaqda mütəmadi çətinliklər yaranır.
“Bakinternet”dən istifadəçilərin şikayəti ilə bağlı münasibət almaq cəhdimiz baş tutmadı.

azadlıq.info