“Yaralı derbi” olaraq adlandırılan oyunda, Türkmənçay müqaviləsindən sonra İran adlı sərhədlərin içində qalan Azərbaycanın tarixi paytaxtı Təbrizin Traxtor futbol komandası ilə Erməni işgalındakı Qarabağın FC Qarabağ Ağdam klubu, Ankaranın Kızılcahamam rayonunda ilk dəfə qarşı-qarşıya gəldi.
Qazanan “Bütöv Azerbaycan”
Şimali və Cənubi Azərbaycan komandalarının qarşılaşmasında daha yaxşı oynayan tərəf Qarabağ komandası olarkən, hesabı 10-cu dəqiqə Vaqif Cavadov’un atdığı qol təyin etdi. Matçı 1-0 qazanan Qarabağ’ın bir bu idi da qapıçının keçdikdən sonra Traxtorlu oyunçu tərəfindən son anda xətdən çıxardı.
Qurbanov: “Qardaş ölkənin komandasıyla oynadıq”
Oyundan sonra suallarımızı cavablandıran Qarabağın baş məşqçisi Qurban Qurbanov bunları söylədi: ”Yaxşı oyun oynadlq. Bu bir sınaq oyunu idi. Güclü bir komandaya qarşı, qardaş ölkənin komandasına qarşı oynadıq. Düşünürəm ki, bütün futbolçulara oyunda özünü göstərmək üçün imkan verdik. Oyunçular əllərindən gələni etməyə çalışdılar. Bəzi qüsurlarımız var amma düzələcək”.
Çempionluğun hər bir komandanın və hər bir futbolçunun arzusu olduğunu ifadə edən Qurbanov, bu mövsüm Azərbaycan Premiyer Ligası’ndakı hədəflərinin “Hər il üst sıraları planlaşdırırıq, amma yalnız bir çempion olur. Hədəfimiz çempion olmaq, amma olmazsa Avropa Kuboklarında iştirak etməkdir”.
Toni: “Hədəfimiz çempionluqdur”
Traxtor komandasının Portuqaliya əsilli baş məşqçisi Toni isə yeni mövsümün əvvəlindəki son dostluq oyununda hesabın əhəmiyyətli olmadığını, bu oyunda əskikləri gördüklərini söylədi. “Bu mövsüm hədəfimiz çempionluqdur. Çox yaxşı bir komanda qurduq. Fevral ayından başlayacaq Asiya Çempionlar Liqasında də iddialı olacağıq.” dedi.
Komandalardan “Bütün Azerbaycan” mesajı
Aydın Taş / Ankara