Qətnamə layihəsi Nyu-York ştatının Rotçester şəhərini təmsil edən senator tərəfindən hazırlanıb
Amerika-Azərbaycan Şurası Nyu-York ştatının Senatına 31 Mart tarixinin azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qətnaməsinin rəsmi nüsxəsini təqdim edib.
ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin açıqladığı birgə press-relizdə bildirilir ki, 3784 saylı qətnamə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib.
Amerika-Azərbaycan Cəmiyyətinin iyun ayında qətnamənin qəbul edilməsinə dair verdiyi açıqlamada sənədin Nyu-York ştatının Rotçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi bildirilib.
azadliq.info


