Sabiq baş prokuror Ixtiyar Şirin “Azadlıq” qəzetini və tanınmış vəkil Aslan Ismayılovu məhkəməyə verib. Ixtiyar Şirin Səbayel Rayon Məhkəməsində qəzetə və vəkilə qarşı şərəf və ləyaqətə, işgüzar nüfuza vurulmuş mənəvi zərərin ödənilməsi haqqında iddia qaldırıb. Ilk proses iyulun 23-ü saat 11.00-a təyin edilib.
Ixtiyar Şirinin məhkəmə müraciət etməsinə səbəb vəkil Aslan Ismayılovun 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş qiyamla bağlı “Azadlıq”a verdiyi silsilə müsahibələrdə sabiq baş prokurorun ünvanına bir sıra ittihamlar səsləndirməsidir. Bu ittihamlardan ən əsası Ixtiyar Şirinovun rüşvətxor olması barədə idi. Aslan Ismayılov deyirdi: “Ixtiyar Şirinov baş prokuror təyin olunandan sonra vəziyyət dəyişdi. Respublika Prokurorluğunda rüşvət və korrupsiya çiçəklənməyə başladı. Məsələn, məni Gəncə prokurorluğunda yoxlamaya göndərmişdilər. Gəlib rəy hazırladım, amma rəy nəzərə alınmadı. Vəzifəyə pulla təyin etmələr başladı. Mən də bunu iclaslarda deyirdim. Ixtiyar Şirinov Respublika, Çingiz Qənizadə isə Bakı Prokurorluğunu rüşvət yuvasına çevirmişdi”.
Sabiq baş prokuror “Azadlıq”ı və vəkili məhkəməyə verib
•


