İtaliyanın Neapol şəhərinin vergi polisi Ancelo Simeoli adlı sahibkarın 800 milyon avro dəyərində əmlakını müsadirə edib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Simeoli “Kamorra” adlı mafiya qruplaşması ilə əlaqədə günahkar bilinib.
İlkin istintaq zamanı məlum olub Ki, 1980-ci ildən adıgedən qrupa məxsus bütün çirkli pullar Simeolinin köməkliyi ilə yuyulurmuş.
Sahibkar bu pullarla “Kamorra” üçün torpaq sahələri, restoranlar, əyləncə və ticarət mərkəzləri əldə edib.
Hazırda mafiyanın digər sahibkarlarla da əlaqəsi araşdırılır.


