Londonlular “raket şikayəti”ni uduzdular

İngiltərə höküməti Londonda bu yay keçiriləcək Olimpiada oyunları səbəbilə yaşayış binalarının üstündə hava hücumundan müdafiə vasitələri yerləşdirib. Qərardan narazı olan londonlular məhkəməyə şikayət vermişdi. Şikayətə baxan London Ali məhkəməsinin hakimi sakinlərin qərarı “səhv başa düşməsi” kimi əsas gətirərək, höküməti haqlı sayıb.

Sakinlər HHM sistemlərinin onların yaşayış yerinin terroristlərin hədəfinə çevirəcəyindən narahatdırlar. İngiltərə höküməti 27 iyulda başalayacaq Olimpiada oyunları üçün geniş təhlükəsizlik tədbirləri görür. Şəhərə gələn idmançı və turistləri vertolyotlar, hərbi təyyarələr mühafizə edəcək. Ümumilikdə 6 min əsgər və 12 min polis asayişi təmin edəcək.

azadliq.info