Baş nazirin müavini hökumətdən niyə inciyib?

Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev qayınatası Teymur Əliyevin adına olan küçənin dəyişdirilməsinə görə hökumətdən incik düşüb.
Məlumat üçün deyək ki, Bakıda Teymur Əliyev küçəsi həm də “Milyonerlər məhəlləsi” kimi tanınır. Həmin küçə indi xalq şairi Məmməd Arazın adını daşıyır. Küçənin adının dəyişdirilməsi isə Teymur Əliyevin adına başqa bir küçənin olması ilə bağlıdır. Sən demə, diqqətsizlik edib şairin adını iki küçəyə veriblərmiş. Bunu biləndən sonra küçələrdən birinin adı dəyişdirilib. Elçin Əfəndiyev isə inciyib ki, niyə qayınatasının adı daha bərkgedən küçədən götürülüb.

Hikmət