Azərbaycan ordusu cəbhədə hərbi təlimlərə başladı

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 9-dan başlayan təlimlər həftənin sonuna qədər davam edəcək. Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Təlimlərdə müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.