Üç nəfər Azərbaycanin bir nömrəli regionçusunu necə tapdi?

“Azadliq”in son sayinda Xaliq Bahadirin Azərbaycanin çox dəyərli övladlarindan biri, unudulmaz Isaxan Aşurov haqqinda yazisindaki bəzi məqamlara üç nəfərin imzasi ilə gələn etiraz məktubunu oxudum. Üç imzadan ikisi taniş gəldi –  Mehman Mehmanov (DIN-in sabiq idarə rəisi) və Fərman Ceyranov (cərrah).
Bəli, məktubu oxudum, sonra da Isaxan bəy barədə yazinin naraziliq yaradan hissəsini dönüb bir daha, təkrar oxudum.
Qisaca deyim: bir yazi yalniz bu qədər yanliş anlaşila bilər, bir yazar da bir yanliş anlaşilma ucbatindan yalniz bu qədər ağir ittiham edilə bilərdi.
Məktub müəllifləri hörmətli yazarin məmləkətin ayrişdirilmasi, regionçuluq duyğusunun dərin köklər atmasi ilə bağli yaniqli bir şəkildə, bir az da cəsarətlə, açiqürəkliliklə yazdiqlarini borçalilara həqarət kimi qəbul ediblər, Xaliq bəyi “böhtançiliqda” suçlayacaq qədər irəli gediblər. Oysa bir az diqqətlə oxunsa, bir az dərindən düşünülsə, hər şey məktub müəlliflərinə aydin olacaqdi: Xaliq bəy yazisinin həmin hissəsində məhz çoxillik Əliyevçi idarəçiliyin kütlə zehniyyətinə yeridilən bölücü klişelərinə (“qraz”, “yeraz” kimi…) üsyan edib. Bu klişeləri yaradan səbəbləri və səbəbkari açiq-açiq göstərib. Elə isə səbəbkari qoyub hörmətli yazarin üstünə yerimək nə üçündür? Siz niyə indiyədək bir dəfə də bu ölkəni parçalayan, parçalayaraq da xalq və onun sərvətləri üzərində daha asan hökm etmək istəyən sistemə üsyan səsi qaldirmamisiniz? Bəyəm bu xalqin leksikonuna o bölücü ifadələri Xaliq Bahadirmi gətirib? Ya da o ifadələri yoxmuş kimi saymaqla problemi həll etməkmi olar? Xaliq bəy diaqnozu qoyub, ağriyan yeri göstərib, indi cəsarəti və vicdani çatan hər kəsin borcu bu yaralarin sağalmasina kömək etməkdir. Yoxsa 40 ildir bu torpaqlar üstündə hökmranliq edən, hökmranliğinin təməl daşlarindan biri də yerlibazliq, regionçuluq olan tayfa-klan rejiminin çirkin siyasəti önündə səssiz qalib, təpkisini ortaya qoymayib, əksinə, müxtəlif dönəmlərdə bu rejimin səfində dayanib sonra da illərdir müalicə etmək yerinə, üstünü sarimaqla yoxmuş kimi göstərməyə çalişdiğimiz bir bəlani yanği ilə, ağri ilə, cəsarət ilə söyləyən bir yazarin üstünə düşmək, məhz ona gücünü, dişini göstərmək nə üçündür? Hansi məntiqə, hansi vicdana siğir?
Insaf, cənablar, insaf! O məktub müəlliflərindən biri toplumun susdurulmasi, ölkənin xof imperatorluğuna tabe etdirilməsi, millətin dəyərli övladlarinin şərlənərək dəmir barmaqlilar ardina göndərilməsində xüsusi rol oynayan bir qurumda –  Daxili Işlər Nazirliyində yüksək vəzifə tutarkən Xaliq Bahadir Azərbaycanin bütünlüyü adina yüzlərcə yazinin altina imzasini qoyub, bu bütünlüyə təhlükə yaradan rejimlə, onun başçilari ilə qovğaya çixib.
Guya Xaliq Bahadir Borçalidan olan görkəmli insanlarin xidmətini, unutdururmuş! Bari bir ittiham irəli sürəndə dönün araşdirin, çalişin qarşiniza elə bir fakt qoymasinlar ki, arada pərtlik yaransin.
Məsələn, Nəriman Nərimanovu misal göstərirsiniz, amma hardasa iki il əvvəl Nərimanovun adinin hər yerdən yiğişdirilmasi üçün geniş bir kampaniya başlayanda sizin heç birinizin ucalan etiraz səsinizi eşitmədik, təpkinizi görmədik, həmişəki kimi susqun idiniz, amma əvəzində o günlərdə məhz Xaliq Bahadirin Nərimanovu müdafiə xarakterli silsilə yazilarini oxuduq, səhv etmirəmsə, o silsilədən 7 yazi yazmişdi Xaliq bəy. Nərimanovu tamamilə silib atmaq, heçə saymaq istəyənlərə onunla bağli çoxumuzun bilmədiyi, fərqində olmadiği faktlar sadaladi. O yazilarda mənim üçün dartişilacaq çox məqamlar olsa belə, şəxsən bəndənizin də Nərimanovla bağli düşüncələrini bir xeyli dəyişməyi bacarmişdi Xaliq bəy, etiraf edirəm.
Mən indi heç onu da xatirlatmiram ki, günlərdir borçalilarin Azərbaycanla sərhəddə məhz bu rejimin gömrükçüləri, bu rejimin Miqrasiya Xidməti tərəfindən onlarin necə əzildiyi barədə açiqlamalar verilir, o açiqlamalarin müəllifləri arasinda isə məlum məktubun altindaki imza müəlliflərindən heç biri yoxdur, əvəzində 10 gün bundan əvvəl “Azərbaycan dövləti, varmisan, yoxmusan?” başliqli yazi yazib bu duruma üsyan edən məhz Xaliq bəydir.
Mən indi sadəcə, soruşmaq istəyirəm: Azərbaycanin ən tənqidçi, dürüst bir qələmini tamamilə haqsiz yerə bir bölgənin qəzəbinə gətirməkdə doğrudanmi, heç bir başqa məqsəd, alt niyyət yoxdur?
Budur əsas sual!