II Dünya müharibəsində Almaniyada Azərbaycan legionunun başçisi olmuş Əbdurrəhman bəy Dudənginski haqqinda yazilanlar həqiqətdən çox əfsanələşmiş hekayətlərə bənzəyir. O dövrdə “Azadliq” radiosunun Azərbaycan redaksiyasinin baş redaktoru olan bu nüfuzlu şəxsin həyati və ölümü də çoxlu sirli məqamlarla doludur.
Düdənginski Tiflisdəki hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycanÿ diviziyasinda xidmət edib.ÿMoskvada Hərbi Akademiyada təhsil alib. Minbaşi (mayor) rutbəsinə yüksəlib. Ordu siralarinda çox mahir zabit olmuş,ÿ1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş və “Qirmizi Ulduz” ordeni ilə təltif olunmuşdur. Sovet Ordusu ÿhissələri 1940-ci ilə Baltikyani respublikalarini işğal etdikdən sonra Ə.Düdənginski ÿRiqadaÿyerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.
Tanişlari onun barəsində, demək olar, həmişə yüksək fikirdə olub. Ikinci Dunya muharibəsində ÿLeninqradÿ hərbi dairəsinin qərargahinda xidmət edən azərbaycanli zabit sonralar almanlarin tərəfində bolşeviklərə qarşi vuruşmuşdur. Müharibə başa çatdiqdan sonra o, ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadliq” radiosunun Azərbaycan redaksiyasinin baş redaktoru olub. O, eyni zamanda C.Hacibəyli ilə birlikdə “Azərbaycan” jurnalinda eyni vəzifəni icra etmişdir.
Əbdurrəhman bəy Fətəlibəyli-Dudənginskiÿ 1908-ci ilin iyun ayinin 12-dəÿ Naxçivanin ÿŞərur ÿrayonununÿ Düdəngəÿ kəndində dünyaya göz açmişdir.
Onun babalari məşhur ÿSəfəviÿ nəslinə mənsubdur. “Əlincə yaddaşi, Naxçivan, 1914-1992″ kitabinda yazilir: ”Arpa çayinin sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanin nümayəndələri dövlət aparatlarinda mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə taninmiş Ismayil xan bir qayda olaraq qəzanin mirabi seçilərdi. 1914-1915-ci illərdə onu bir neçə dəfə şəxsən görmüşdüm, boy-buxunlu, saqqalli kişi idi.ÿ Səfəvilərÿ1920-ci ildən etibarən xeyli zəifləmiş, mülkləri dağilmiş, özləri də pərən-pərən düşmüşdülər. Səfəvilərin nümayəndəsi Teymur bəy ömrünün sonunadəkÿ Şərur ÿQəza Icraiyyə Komitəsinin katibi vəzifəsində işləmişdir. Taği bəy Baş Noraşen natamam orta məktəbində rus dilini tədris etmişdir. Allah rəhmət eləsin, mən də ondan dərs almişam. Səfiyevlərdən Əbdürrəhman (Abo) Fətəlibəyov Ismayil xanin (Nəso xanin) nəvəsi idi. Qərəz, Ismayilin övladlari – Bəhlul xani, Beytulla xani, Rəşid xani Sovet hökuməti zülmə düçar etdi, axirina çixdi. Beytulla xandan başqa, hamisi məhv oldu. Səfəvilərin həm də Dərələyəzdə yaşayan Vəkilovlarla qohumluğu vardir. Səfiyevlər sülaləsində qalan nəslin az bir qismi hazirda Baş Noraşendə – Cəlilkənddə məskunlaşib…
Komsomol siralarindan xaric olunan Abo
Bu sülalənin görkəmli şəxsiyyətlərindən biri də uzun illər ictimaiyyətimizə vətən xaini kimi təqdim olunan Əbdürəhman (Abo) Düdənginskidir. 1929-ci ildə Abonu komsomol siralarindan xaric edəndə gənc Əbdürəhman ona amansiz mövqe tutanlar qarşisinda əsəblərini cilovlaya bilməyib ağlayir və deyir ki, məni atama görə cəzalandirirsiniz, axi mən onu görməmişəm, Allahin himayəsində böyümüşəm…
Ə.Fətəlibəylinin atasi Əli bəy Fətəlibəyli də Naxçivanin Şərur rayonunun Düdəngə, Zeybə kəndlərinin bəyi olaraq, hörmətli, taninmiş şəxsiyyətlərindən biri olub. Əli bəy Çar Rusiyasinin vaxtinda Türkistan, sonralar Irəvan quberniyasinin sərhədi boyu zabit kimi xidmət etmişdir. Irəvan quberniyasinda olan vaxt zabitlər yiğincağinda bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli bəy qilinci ilə rus zabitini vurmaq istəmişdir. Oradaki zabitlər Əli bəyi sakitləşdirmişlər. Bir ay sonra Əli bəyi zəhərləyib öldürdülər. Böyük oğlu Qulam xatirlayirdi: “Biz gələn günün sabahi zabitlər yiğincağinda axşam yeməyindən sonra atam özünü pis hiss elədi, gecə yarisinda keçindi. Bu xəbər çatan kimi qayni Nəsrulla xan bir neçə nəfərlə hərbi hissəyə gedərək, Əli bəyin cəsədini gətirib Düdəngədə dəfn elədi. Bu yolla Əli bəyi 1910-cu ildə zəhərləyib öldürdülər”.
Atasi faciəli şəkildə öldürüləndə Əbdürrəhman bəyin iki yaşi var idi. F.Düdənginski gənc yaşlarinda əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, Azərbaycan diviziyasinda zabit olmuşdu. 1935-36-ci illər Moskva Hərbi Akademiyasina oxumağa göndərilmişdir. O, 1937-ci ildə Bakida məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanim Qaziyeva ilə evlənmişdir. 1938-ci ildə Leninqradda ilk övladi Əli anadan olub.
Düdənginski mühacirət illərində Sovet rejiminə qarşi ideoloji mübarizə aparmişdir. “Hakimiyyətin texnologiyasi”, “Partokratiya”, Stalin və Beriya haqqinda kitablar müəllifi kimi taninan, əslən çeçen olan Əbdürrəhman Avtorxanov Ə.Fətəlibəylini belə dəyərləndirirdi: “Hardasa 1943-cü ilin ortalarinda Berlində Vermaxtin Ali Komandanliğinin (OKV) qəbulunda qafqazli görkəmində, Sovet hərbi əsiri zabiti formasinda olan (xarici görkəmindən hiss edilirdi ki, düşərgədən yenicə azad olunub) bir nəfərlə qarşilaşdim. Qəbul otağinda adamlar çox idi və bir qədər tərəddüddən sonra ona yaxinlaşib qafqazli olub-olmadiğini soruşdum. Gözlənilməz sualdan səksəndi və cavab vermək əvəzinə eyni sualla da mənə müraciət etdi. Mən özümü təqdim etdim. O da dedi ki, keçmiş Sovet ordusu mayoru, azərbaycanli Abo Düdənginskidir. Həmin vaxtdan bizim dostluğumuz başladi. Inaniram ki, Abonu ömründə bir dəfə görən şəxs bu qeyri-adi insani heç zaman unuda bilməz. Onun şəxsi ünsiyyəti, şahzadəliyi, çətinliyə düşən bir şəxsə köməyə hazirliği hamini heyran edirdi”.
DTK-dan gələn tapşiriq
DTK-dan Düdənginskini öldürmək tapşiriği verilmişdi. Azərbaycanli Mikayil Ismayilov “Müller” ləqəbli Georgi Vladimiroviç tərəfindən Düdənginskini öldürmək sifarişi almişdi. Ona yalniz bu vəzifəni yerinə yetirəcəyi halda yenidən Azərbaycana qayida biləcəyi deyilmişdi. Ismayilov bir müddət bu sifarişi yerinə yetirməkdə nəinki tərəddüd edir, hətta özünün missiyasi haqda Düdənginskiyə məlumat verir. Vətənpərvər bir insan olan və bolşevizmə nifrət bəsləyən Abo əvvəlcə həmyerlisini fikrindən daşindirir və onunla birgə çalişmağa dəvət edir. Məlum olur ki, o da buna razilaşir. Çünki hərdən mübahisələri olsa da, Əbdürrəhman bəylə Ismayilov arasinda həqiqətən, yaxşi münasibətlər varmiş. Sonraki hadisələr göstərir ki, Mikayil özünü çox bacariqli casus kimi apararaq Fətəlibəyin etimadini qazanir və ona verilən tapşiriği icra edir. Beləliklə, 1954-cü ilin 20 noyabrinda Düdənginski onun əliylə öz evində boğulub öldürülür.
Əvvəlcə öldürülən şəxsin Ismayilov olduğu güman edilir. Amma qətldən bir neçə gün sonra “Azadliq” radiosu Azərbaycan bölməsinin redaktoru Əbdürrəhman bəy Düdənginskinin yoxa çixmasi xəbəri yayilanda hami ölən adamin məhz Abo olduğu qənaətinə gəlir.
Bundan sonra onun cənazəsi Nyu-Uimdəki qəbiristanliğa – 1954-ci ildə avtomobil qəzasindan həlak olmuş qardaşi Seyfullabəy Fətəlibəylinin uyuduğu yerə gətirilir. Alman mətbuatinin yazdiğina görə, qəzəblənmiş azərbaycanlilari coşdurmamaq üçün polis dəfn yerindən xeyli arxada dayanibmiş. Ancaq həmyerlilərinin tabutu açmaq və meyitin həqiqətən Fətəlibəyliylə məxsus olduğunu dəqiqləşdirmək istəmələrinə icazə verilmir. Amma iki qardaşin məzarinin yanaşi olmasi üçün Seyfullabəyin məzarinin yeri dəyişdirilir və onlar qoşa məzarda dəfn edilir.
“Azadliq”in Araşdirmaçi Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Sovet ordusunun azərbaycanli zabiti
•
•