İnterfaksın xəbərinə görə, Rusiyanın hərbi gəmiləri Suriyaya tərəf yol alıb. Sualtıqayıq əleyhinə raketlərlə silahlanmış “Admiral Çabanenko” gəmisi flaqmanlığında daha üç gəmi Severomorsk limanınından çıxıb. Agentlik öz mənbələrinə istinadən bildirir ki, səfər daha iki gəmi qatılacaq.
Rusiyanın Suriyanın Tarsus şəhərində hərbi bazası yerləşir. Tartus Rusiyanın Aralıq dənizində tək hərbi bazasıdır.
Rusiyanın daha 4 hərbi gəmisi İstanbuldan keçərək, Egey dənizinə yol alıb. Rus donanmasına aid “Nikolay Filçenkov”, “Caktarz” , “SezarKunikov” , “SB-5” adlı gəmilər bu gün səhər saatlarında Dardanel boğazını keçib.
azadliq.info


