Ərdoğan Moskvaya gedir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sürpriz bir şəkildə gələn həftə Rusiyaya bir günlük işgüzar səfərə gedəcəyi məlum olub. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan iyulun 18-də Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə bir araya gələcək.
Görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olacaq. Suriyanın iyunun 22-də vurduğu Türkiyə hərbi kəşfiyyat təyyarəsi ilə bağlı məsələ də gündəmə gələcək və Rəcəb Tayyib Ərdoğan Rusiyadan əlindəki radar görüntülərini istəyəcək. Rusiya bundan əvvəl təyyarənin vurulması ilə bağlı radar görüntülərinə sahib olduğunu açıqlayıb.