“İran Suriya münaqişəsinin sülh yoli ilə həllində müsbət rol oynaya bilər”. Bu fikri BMT və Ərəb Liqası dövlətlərinin Suriya üzrə təmsilçisi Kofi Annan Tehran görüşündə səsləndirib. İranın Xarici İşlər naziri Əli Salehi Annanın sülh planına öz dəstəyin bildirib. Annan etiraf edib ki, onun sülh planı hələki uğursuzluğa düçar olub. Suriyada sülhün bərpası üçün aylarla vaxt lazım olacaq.
Qərb ölkələrindən fərqli olaraq, İran Bəşər Əsədin əsas müttəfiqidir. Bəşər Əsədə dəstək verən digər müttəfiqi Rusiya Suriya ilə bağlı Moskvada beynəlxalq konfransın keçirilməsini təklif edib. Moskvada Suriya müxalifətinin nümayəndələri ilə də görüş olacaq.
azadliq.info


