Daha bir ağır yol qəzası:maşını yandı

Yük avtomobili ilə toqquşan minik maşını yandı: 2 ölü

Salyan rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Kürsəngi kəndində Ələt-Astara yolunun 26-cı kilometrliyində “Volvo” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin yanar hissələri yanıb.

Qəza nəticəsində sürücü – 1977-ci il təvəllüdlü Şirzad Yasər oğlu Rzayev və sərnişin – 1971-ci il təvəllüdlü Rəsul Becan oğlu Fərzəliyev yerində ölüblər.

Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yük avtomobili yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.