Çaves Klintonu hədələdi

Venesuela prezidenti Uqo Çaves ABŞ Dövlət Katibi Hillari Klintonu sərt tənqid edib. O, bildirib ki, Hillari Rusiya və Çini hədələyir. Çaves: “Biz xanım katib tərəfindən Rusiya və Çinin ünvanına açıq təhdidləri gördük. Guya onlardan tələb olunanı etməslər, ağır şəkildə cavab verəcəklər. Bilirsiz bu nə deməkdir? Açıq görünür ki, bu özünü dünyanın ağası sayanların başını itirməsidir”.

Çaves Klinotona Amerikanın problemləri ilə məşğul olmağı da təklif edib. “Onlar bir Qəzzafini öldürmək üçün minlərlə adam öldürdülər. İndi eyni şeyi Suriyada etməyə hazırlaşırlar. İranı da hədələyirlər”.

Xatırladaq ki, “Suriyanın dostları” konfransında Hillari Klinton Rusiya və Çini dünya sülh prossesini bloklamaqda ittiham etmiş və bunu “dözülməz” hal adlandırmışdı.

Çaves müalicə olunduğu xərçəng xəstəliyinə qalib gələcəyini də deyib. O, özünü “dayça” ilə müqayisə edib. Çıxışının sonunda müxalifət üzərinə “həlledici hücum”a keçərək 10 milyon səs yığacağını deyib.

azadliq.info