“Azərbaycan saatı”na görə İsmayıllıda işiqlar söndürüldü

Türkiyənin “MediaTV” kanalında efirə gedən “Azərbaycan saatı”nın dünənki buraxılışı ilə əlaqədar Ismayıllıda işiqlar söndürülüb.
Bu barədə redaksiyamıza rayon sakinləri məlumat verib. Onlar bildirib ki, veriliş başlayan kimi rayon ərazisində enerji verilişi dayandırılıb.
Qeyd edək ki, “Azərbaycan saatı”nın dünənki buraxılışında Ismayıllıdan hazırlanan reportaj efirə verilib. Görünür, rayon rəhbərliyi reportajin yaradacağı ajiotajdan ehtiyat edərək bütün Ismayıllını işıqsız qoyub.