Türkiyədə silah anbarı partlayıb

İyulun 9-da səhər saatlarında Türkiyədə silah anbarında partlayış baş verib. Anbar İzmitin Rahmiye kəndi yaxınlığında yerləşir. Türkiyə mediasının yaydığı məlumata görə, partlayış nəticəsində azı 4 əsgər yaralanıb. Əraziyə təcili yardım və yanğınsöndürənlər göndərilib. Partlayışın səbəbi hələ məlum deyil.