İsrail arxaoloqları “Xaçlı yürüşləri” dövründən qalmış qızıl sikkələrlə dolu dəfinə tapıblar. Ehtimala görə qızıllar müsəlmanlar tərəfindən mühasirəyə alınan xaçlı cəngavərlər tərəfindən basdırılıb. Dəfinədən 108 ədəd qızıl Misir dinarı aşkarlanıb. Ümumi çəkisi 400 qram olan qızılların bazar qiyməti 100 min dollar qiymətləndirilir.
XIII əsrə aid olan bu tapıntı torpağa basdırılmış halda gil qabın içində aşkarlanıb. Buradan həmçinin yüzlərlə ox ucluğu, mancanaqlardan atmaq üçün daşlar tapılıb. Dəfinənin aşkarlandığı qala 1265-ci ildə 40 günlük müsahirədən sonra məmlük sultanı Beybars tərəfindən alınaraq dağıdılıb.
azadliq.info


