İyun ayının 2 -də Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin qeyri-legitim yığıncağı keçirilib.Toplantıda 27 mandatlı üzvdən cəmi 5 iştirak edirdi.Təbii ki belə toplantı “konfrans” adlana bilməz və qeyri-qanunidir.Zaldakı adamların sayını çox göstərmək üçün Azərbaycan Respublikasının Ukraynadakı səfiri hörmətli Eynulla Mədətli istədiyi adamları qonaq çağırıb,bütün qayda-qanunları pozaraq “Ukrayna Azərbaycanlıları Konqresinin Konfransı” adı altında çirkin və məzhəkəli şou keçirdi.Mandat qazanmış nümayəndələrinin gəlməməsinin səbəblərindən biri də rəsmi Bakının tələbi ilə Ukrayna vətəndaşı olmayan Hikmət Cavadovun sədrliyə namizədliyinin irəli sürülməsi idi.(Konqresin qaydalarına görə,regional təşkilatın sədri həmin ölkənin vətəndaşı olmalıdır.)
Beləliklə,səfir qondarma,qeyri-legitim “əməliyyat” nəticəsində Hikmət Cavadovu sədr elan etdi.Toplantıda qonaq qismində iştirak edən Beynəlxalq “Haqq və Ədalət” İctimai Birliyinin Ukrayna nümayəndəliyinin sədri Yalçın Qəhramanoğlu da iştirak edib və bu komediyaya kəskin etirazını bildirib.
Seçki Saxtakarlığı səfirliklərimizə də işləyib
•


