Bred Pitt “Möhtəşəm yüzil”də

“Möhtəşəm yüzil” serialının istehsalçı şirkəti TİMS Production tamaşaçıları təəccübləndirən qərar verib. Yeni mövsümdə serialın oyunçu heyətinə Hollivud ulduzu Bred Pittin qatılacağı ilə bağlı xəbərlər yayılıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, məşhur aktyor, serialardan birində qonaq oyunçu kimi yer alacaq. B. Pitt Sultan Süleymanın döyüşlərdən birində qarşı-qarşıya gələcəyi düşmən ordusunun başçısı olacaq.

“Möhtəşəm yüzil”ın rejissoru Timur Savçı da xəbəri təsdiqləyib. O bildirib ki, serial artıq dünyada da maraqla izlənildiyindən layihəni beynəlxalq səviyyəli etmək qərarına gəliblər. Hətta Bret Bittdən başqa digər məşhur ulduzları da seriala dəvət etmək fikrindədirlər.