Aygün Kazımova şəxsi həyatından danışdı

“Bir daha ailə qurmayacağam”

Xalq artisti Aygün Kazımova şəxsi həyatı ilə bağlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, Aygün Kazımova verilişlərin birinin çəkilişi zamanı pərəstişkarlarının ona ünvanlanan suallarını cavablandırıb və bir daha ailə qurmayacağını söyləyib.

Xalq artisti qeyd edib ki, şəxsi həyatına daha çox diqqət yetirəndə yaradıcılığında fasilələr yaranır: “Mən sənətimə çox bağlı insanam. İstəyirəm yaradıcılığımda hər şey yüksək səviyyədə olsun. Ona görə də ailə qurmaq məsələsini düşünmürəm”.

Həmçinin yaradıcılığı ilə bağlı bir neçə sualı cavablandıran Aygün Kazımova deyib ki, bir neçə gündən sonra yeni klipinin çəkilişinə start veriləcək. Xalq artisti bildirib ki, bunun üçün Türkiyədən 30 nəfər mütəxəssis gəlib.

Aygün Kazımova mahnının sözlərinin Namiq Qaraçuxurlu tərəfindən yazılmasına da münasibət bildirib: “Bunu Namiqə mən təklif etdim. Düşündüm ki, bunu heç kim Namiqdən yaxşı bacarmaz”.