Bankın şöbə müdirinin başçılığı ilə bir qrup şəxsin saxta yolla ipoteka krediti götürməsi faktı aşkarlandı
“Kapital Bank”ın şöbə müdiri başda olmaqla bir qrup şəxsin saxta üsullarla ipoteka krediti götürməsi faktına görə cinayət işi başlanıb.
Daxili Işlər Nazirliyinin məlumatına görə, Sumqayıt şəhər sakini Amil Abdullayevin “Kapital Bank” ASC-nin şöbə müdiri Fərid Bəxtiyarov ilə cinayət əlaqəsinə girərək “Nur” MMC-dən mənzil alması və neft şirkətində işləməsi barədə saxta arayışlar əldə edərək, qayınatası Məhəmməd Əhmədova məxsus Binəqədi rayonundakı mənzili girov qoyaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yasamal filialından 44000 manat ipoteka krediti götürərək mənimsəmələri DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi tərəfindən müəyyən edilib.