Ölkənin müxtəlif yerlərində qeydə alınan yol-nəqliyyat hadisələrində 20 nəfərə yaxın şəxs yaralanıb
Ötən gecə ölkə ərazisində 19 yol qəzası hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, müxtəlif yerlərdə baş verən qəzalar nəticəsində 8 nəfər ölüb, 20 nəfərə yaxın şəxs yaralanıb.
Ölümlə nəticələnən yol qəzaları paytaxt ərazisində, həmçinin magistral yollarda baş verib. Qəzaların böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.
Son bir həftədə isə ölkə ərazisində 30-a yaxın şəxs yol qəzasında dünyasını dəyişib.