Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana rəsmi səfərə gələcək. Səfər iyulun 9-dək davam edəcək. Səfər çərçivəsində duma sədrinin Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.
Səfərdə əsas diqqət Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrin inkişafına yönəldiləcək. Narişkin həmçinin Heydər Əliyev adına Fondda olaraq, Bakı Slavayan Universiteninn tələbələri qarşısında çıxış edəcək. Sergey Narışkin Moskva Dövlət Universitetinin Bakı filialının məzunlarına diplomlarını təqdim edəcək (ans press).