Suriya ordusu Livanın şimalında Vadi Halid kəndini top atəşinə tutub. Hücum nəticəsində 2 nəfər qadın və bir kişi həlak olub. 20-dən çox ev top atəşindən zədə alıb, 5 nəfər yaralanıb. Kənd boşaldılıb. Livan sərhədinin pozulması faktının Azad Suriya Ordusu ilə Bəşər Əsəd qüvvələrini atışması nəticəsində meydan gəldiyi deyilir.
Hizbullah təşkilatı Suriya ordusunun hərəkətinə sərt reaksiya verib. Yazılı bəyanatda livanlıların öldürülməsi “ölkənin daxili işlərinə müdaxilə və sərhədlərin açıq şəkildə pozulması” kimi qiymətləndirilib.
azadliq.info


