Daha bir suriyalı general Türkiyəyə qaçıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu dəfə ölkəni Respublika Qvardiyasının rəhbərlərindən biri, Bəşər Əsədin dostu hesab edilən Manaf Tlas tərk edib.
Manaf Tlas Suriya prezidentinin ətrafındakı azsaylı sünnilərdən biri idi. Onun atası Mustafa təxminən 30 il Bəşər Əsədin atası Hafizə xidmət edib.
Generalın Türkiyədə çox qalmayacağı və Parisə yola düşəcəyi gözlənilir. Orada Manaf Tlasın bacısı, Səudiyyə Ərəbistanından olan milyarderin dul arvadı yaşayır.
Dəməşqdə isə generalın evində axtarış aparılıb.
Müxalifət Bəşər Əsədin qardaşı Mahirin başçılıq etdiyi Respublika Qvardiyasını mülki şəxslərin kütləvi qətlində günahlandırır. Manaf Tlas isə bu qurumda sözü keçən generallardan olub və əsgərlər məhz ona inanırlarmış.