Moskva Azərbaycanın Avrasiya iqtisadı birliyində təmsil olunmasında maraqlıdır və Azərbaycanı bu təşkilata dəvət edir. Bu haqda Rusiya Dumasının MDB ölkələri ilə əlaqələr üzrə komitəsinin təmsilçisi Leonid Slutskiy bildirib. Birlikdə Rusiya, Belarusiya və Qazaxıstan təmsil olunur. Slutskiy deyib: “Bu təşkilatda hələ ki, Azərbaycan iştirak etmir. Ancaq biz bilirik ki, Azərbaycan Avrasiya layihəsini diqqətlə izləyir və nəzəri olaraq gələcəkdə bu təşkilata qatılmaq imkanlarını mümkün sayır”.
Rusiya Azərbaycanı Avrasiya birliyinə dəvət edir
•


