Qazaxıstanın paytaxtı Astanada bu gün “Həzrət Sultan” məscidinin açılışı olub. Məscid Orta Asiya məkanında ən böyük məsciddir.
Klassik islam arxitekturasında tikilən məscid qazax milli ornamentləri ilə bəzənib. Divarlarda Qurandan surələr və Məhəmməd Peyğəmbərin hədisləri həkk olunub. Məscidin fasadı təbii daşla, gümbəzləri metal lövhələrlə üzlənib. Müqəddəs Sultan mənasını verən məscid Şərqin dahi şairi və filosofu Hacı Əhməd Yassauinin şərəfinə adlandırılıb.
Burada eyni anda 5000 müsəlman ibadət edə bilər, bayram günləri üçün isə bu say 10000 nəfər nəzərdə tutulub. Məscidin açlışından sonra cümə namazı qılınıb. Əsas gümbəzin hündürülüyü 51 metr, diametri 28,1 metrdir. Əsas gümbəzdən əlavə daha 8 gümbəz var. Binanın ümumi sahəsi 17,7 min kvadrat metr, daxili konstruksiyası 3 mərtəbədən ibarətdir.
azadliq.info