Lalə Şövkət Bakıdan köçür?

Azərbaycanın bəzi saytları Azərbaycan Liberal Partiyasının lideri, tanınmış siyasi xadim Lalə Şövkətin ölkədən köçdüyü haqda məlumat yayıb. Məlumatın mənbəyi isə “gundeminfo.az” saytıdır.
Məlumatda göstərilir ki, Lalə Şövkət artıq ALP-nin qərargah kimi istifadə etdiyi şəxsi mənzilini də partiya üzvlərindən birinin adına rəsmiləşdirib. Məlumata görə, o, Moskvaya köçüb və yaxın zamanlarda bəyanatla çıxış edərək siyasətdən gedəcəyini bildirəcək.
Məlumatla bağlı Lalə Şövkətlə əlaqə saxladıq. Lalə xanım deyilənləri təkzib edərək hazırda Bakıda olduğunu və buradan köçmək niyyətində olmadığını bildirdi. O, evini başqasının adına rəsmiləşdirdiyi, siyasətdən getməyə hazırlaşdığı haqda yazılanları da inkar etdi.

azadliq.info