BMT internetdə söz azadlığı haqda qətnamə qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası internetdə söz azadlığı haqqında qətnamə qəbul edib. Sənədi BMT-nin 47 üzv ölkəsi imzalayıb.

Qətnamə üzv ölkənin hər bir vətəndaşının internetdə söz azadlığı hüququnun təminatını nəzərdə tutur. Mütəxəssislər qeyd edir ki, sənəd internetdə senzura cəhdləri ilə bağlı mübahisələrdə həlledici rol oynaya bilər.

Qətnaməyə 3 ölkə – Çin, Rusiya, Hindistan etiraz etsə də, onlarla dövlət dəstək verib. Dəstək verən 85 ölkə arasında Braziliya, Nigeriya, Tunis, Türkiyə və İsveç olub.

azadliq.info