“Cəmiyyətin geniş təbəqələrinin təmsil olunduğu yeni antikorrupsiya orqanına ehtiyac var”
“Azərbaycan tarixində ilk dəfədir ölkənin siyasi elitası beynəlxalq miqyasda səsələnən korrupsiya qlamqallarının mərkəzində yer alır”
Ziyalılar Forumu bəyanat yayaraq iqtidarı nəhayət korrupsiya ilə real mübarizəyə, bu sahədə imitasiyaya son qoymağa səsləyib. Bəyaantda deyilir: “Mövcud olmuş üç Azərbaycan reapublikasının tarixində ilk dəfədir ki, ölkənin siyasi elitası beynəlxalq miqyasda səsələnən korrupsiya qlamqallarının mərkəzində özünə yer alır.
Yerli və xarici KİV-lərin təhqiqatları iqtisadiyyatın bütün sahələrində maliyyə və əmtəə resurslarını öz əllıərində cəmləyən yüksək vəzifəli dövlət adamlarının sahibkaqlır fəaiyyətilə məşğul olmasını aşkar edib. Onlar ölkə içində və xaricində yüz milyonlarla dəyəri olan mülkiyyətə malikdirlər, dövlət büdcəsinin vəsaitləri də daxil olmaqla maliyyə axınına və telekanallara nəzarət edirlər.
Ölkə iqtisadiyyatını öz maliyyə maraqalrına tabe edən hakim elita faktiki Azərbaycan torpaqlarının altında və üstündə nə varsa ya özəlləşdirib. ya da nəzarət edir”.
Ziyalılar bir neçə il öncə yaradılmış korrupsiyaya qasrşı mübarizə dövlət komissiyasının korrupsoner sistemin üzvi hissəsinə dönməklə özünü gözdən saldığını bəyan edirlər. “Ölkə məmur nəzarətindən kənar, cəmiyyətin geniş təbəqələrinin təmsilçiliyinə və müstəsna səlahiyyətlərə malik yeni antikorrupsiya orqanına ehtiyac duyur. Belə qərar dövlət başçısının siaysi realizminin və iradəsinin şahidi kimi qəbul ediləcək, bu qərar olmadan millətin gələcəyinə təhlükə olan, sosial-siyasi xəstəliyə qarşı mübarizədə köklü dəyişikliyə nail olmaq mümkün deyil”- deyə bəyanatda qeyd edilir.