İtalyanların Bəşər Əsədlə alveri üzə çıxdı

İtalyan şirkəti “Selex Elsag” tətbiq edilən sanksiyalara baxmayaraq Suriyaya yüksək texnologiyalar ixrac edirmiş. 2011-2012-ci illərdə Suriyaya satılan TETRA rabitə vasitəsi güc strukturlarında kodlaşdırılmış informasiya gönərmək üçün istifadə olunur. Bu haqda “Wikileaks”ə istinadən “Guardian” qəzetinin bloqu məlumat yayıb.

İtalyanlar nəinki texnologiya satıb, hətta yerli mütəxəssislərə təlim də keçiblər. “Wikileaks” məlumatlarından məlum olur ki, Amerikanın Milli Təhlükəsizlik Agentliyi TETRA-nın kodlarını sındırıb və məlumatları deşifrə edib. Bu müddət ərzində Suriyaya 43 milyon avroluq rabitə sistemi satılıb.

azadliq.info