Liberman Türkiyədən üzr istəyəcəkmi?

İsrail Xarici İşlər naziri Aviqdor Liberman bir müddət əvvəl verdiyi açıqlamada “Mavi Mərmərə” gəmisinə görə üzr istəməmələrinin səbəbini ABŞ-ın Pakistanda öldürdüyü 24 pakistanlı əsgərə görə üzr istəməməsi ilə əlaqələndirmişdi. Liberman “ABŞ Pakistandan üzr istəmədikcə, bizim “Mavi Mərmərə” üçün Türkiyədən üzr istəməmizi gözləməyin” – deyə mətbuata bildirmişdi.

Ancaq əvvəlcə üzr istəməkdən imtina edən ABŞ höküməti bu dəfə qərarını dəyişib. Dövlət Katibi Hilları Klinton Pakistan Xarici İşlər naziri Hina Rabbaniyə zəng edərək, Amerika dövləti adına üzr istəyib. Bu üzrxahlıqdan sonra NATO yük daşınmalarına qadağa qoyan Pakistan yenidən qapılarını açıb.

İndi mətbuat və siyasət aləminin gözü İsraildədir. Bu arqumentindən də məhrum olan Liberman Türkiyədən üzr istəyəcəkmi?

azadliq.info