Yaşar Nuri yenidən Türkiyəyə qayıdır

Türkiyədən Yaşar Nuriyə qulluq etmək üçün tibb bacısı gətirilib…

Azərbaycanın Xalq artisti, tanınmış gülüş ustası Yaşar Nurinin səhhəti normaldır. Bu haqda məlumatı Modern.az saytına aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib.

Rəhimə Nuriyeva Türkiyədən Yaşar Nuriyə qulluq etmək üçün tibb bacısının da gəldiyini vurğulayıb: “Türkiyədə müalicə aldığı xəstəxanadan müalicənin davamı üçün tibb bacısının da gəlməyinin vacib olduğunu həkimlər söyləmişdi. Biz də Bakıya qayıdanda özümüzlə tibb bacısı da gətirdik. Türkiyəyə ayın axırında yenidən qayıtmağı düşünürdük, amma Yaşarın qidalanması ilə bağlı yaranan problemlərə görə ayın 10-12-si arası getməyi qərarlaşdırdıq“.

Rəhimə xanım tibb bacısına xidməti üçün ödəniləcək məbləğ haqqında heç bir fikir söyləmək istəməyib.