“Veysəloğlu” şirkətinin seyfindən 100 min manat oğurlamış şəxslər yaxalanıb

“Veysəloğlu” MMC-nin kassasından külli miqdarda pul oğurlayan şəxslər yaxalanıb. Lent.az DİN-in saytına istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il avqustun 7-də “Veysəloğlu” MMC-nin Salyan şəhəri 20 Yanvar küçəsindəki filialının inzibati binasında oranın müdiri Bəhruz Talıbovun iş otağındakı seyfdən 100737 manat pulu oğurlamış Salyan şəhər sakinləri Elvin Yüzbaşov və Hafiz Xudaverdiyev tutulub.