Daha bir suriyalı general Türkiyəyə qaçıb. Bu barədə «Azad Suriya ordusu» məlumat yayıb. Məlumata görə, general ölkəsində mühəndis batalyonuna başçılıq edib. Beləliklə, Türkiyəyə qaçmış suriyalı yüksək rütbəli hərbçilərin sayı 16-ya çatıb.
İki gün əvvəl 80-dən çox suriyalı əsgər və zabit Türkiyəyə qaçıb.
APA