Ermənistan prezidentinə üstündə “Get!” yazılmış tort göndərilib
Ermənistan prezidentinə doğum günü münasibətilə qeyri-adi hədiyyə təqdim olunub. Erməni mətbuatının yaydığı məlumata görə, “Art-labortaoriya” incəsənt xadimləri təşkilatının üzvləri Serj Sərkisyanın 58 yaşını təbrik etmək məqsədilə onun iqamətgahının qarşısına ağ rəngli, üzərində isə qırmızı rəngdə “GET!” yazısı olan tort qoyublar.
Özünəməxsus aksiya bu yaxınlarda “Arsnakar” restoranında vəhşicəsinə döyülərək dünyasını dəyişən hərbi həkim Vaqe Avenyana həsr edilib. Aksiya iştiraçıları bir neçə dəqiqə Serj Sərkisyanın iqamətgahı önündə sakit dayanıblar və daha sonra oranı tərk ediblər. Polis aksiya iştirakçılarına müqavimət göstərməyib.