Əsədin daha bir generalı Türkiyəyə qaçdı

Generalla yanaşı 85 əsgər də qonşu ölkəyə sığınıb

Suriya ordusunun bir generalı və 85 əsgəri Türkiyəyə qaçıb. Lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hazırda Türkiyəyə sığınmış hərbçilərin sayı 300 nəfəri keçib.

Suriyalı qaçqınların sayı isə 40 minə yaxınlaşır.