Şimali Koreya liderindən “liberal” islahatlar

Dünyaya qapalı və vətəndaşlarınını təzyiq altında saxlayan Şimali Koreya dövləti bəzi liberal dəyişiklliklərə gedib. Kim Çen İrin ölümündən sonra hakimiyyət başına keçən oğul Kim Çen In əvvəllər “qərb” məhsulu sayılan bəzi şeylərin azad şəkildə istifadəsinə icazə verib. Daha əvvəllər ölkədə qadağan olunan pizza, hamburqer kimi yeməklər qadağa götürülüb. Bundan sonra qadınlara dikdaban ayaqqabıda gəzmək imkanı veriləcək.

Gənc rəhbərin atası 2010-cu ildə qadınlara şalvar geymək qadağasını aradan qaldırmışdı. Fabrik və tarlada çalışan qadınlar istisna olmaqla, şəhərdə şalvar geyinən qadınlar pul cəzasına məruz qalırdı.

Ölkədə dikdaban ayaqqabı, dar şalvar geyən, sırğa taxan qadınların sayının artdığı bildirilir. Tez-tez uşaqlarla bir arada olan Şimali Koreya liderinin gənclərə istiqamətlənmiş siyasət aparmaq istədiyi bildirilir.

azadliq.info