Gürcüstana qar yağıb

Gürcüstanda qeyri-adi təbiət hadisəsi baş verib. ANS PRESS-in Gürcüstanın “İctimai TV” istinadən verdiyi məlumata görə, ölkənin şimalına iyul ayında qar yağıb. Şimal-şərq hissəsinə – Tuşeti dağına yağan qarın hündürlüyü 10 santimetrə çatıb.

Gürcüstan Təbiətin Mühafizəsi Milli Agentliyindən verilən məlumata görə, ölkənin digər yerlərində də hava soyuyub, temperatur +2-3 dərəcə qeydə alınıb.