QOÇ
Bu gün sizin üçün asan olmayacaq. Diqqətinizi cəmləyə bilməyəcəksiniz. Günün ikinci yarısında sizin sevinməyinizə səbəb olacaq hadisələr yaşanacaq. Bu, əhval-ruhiyyənizə müsbət təsir göstərəcək. Yaxşı olar ki, bu gün çətin işlərlə məşğul olmayasınız.
BUĞA
Bu gün əhatənizdə olanlar sizi maraqlandırmayacaq və hər söhbətin sonunu mübahisəyə aparacaqsınız. Ağzınızdan çıxan kəskin ifadələrin fəsadları isə həm şəxsi, həm də maliyyə itkisində özünü göstərəcək. Konstruktiv dialoqla situasiyanı yaxşılığa doğru dəyişə bilərsiniz.
ƏKIZLƏR
Çətinliklər olacaq, amma siz onların öhdəsindən gələ biləcəksiniz. Hətta bürcün bəzi nümayəndələrini işgüzar müstəvidə uğur gözləyir. Şəxsi müstəvidə ciddi problem olmayacaq, çünki yaxınlarınızın arzu və istəklərini nəzərə alacaqsınız.
XƏRÇƏNG
Uğurlu gündür. Hansı işlə məşğul olsanız, nəticəsi yaxşı olacaq. Günün yeganə kədərləndirici məqamı sizin ya rəhbərliklə, ya da həmkarlardan biri ilə aranızdakı fikir ayrılığıyla bağlıdır. Sülhü bərqərar etmək üçün özünüz necə addım atmaq lazım olduğunu biləcəksiniz.
ŞIR
Gün nə dərəcədə hisslərinizin öhdəsindən gəlməyinizdən asılı olacaq. Əgər şıltaqlıq etsəniz, hisslərinizi idarə edə bilməsəniz, proseslər xoşagəlməz istiqamətdə inkişaf edəcək. Professional gələcəyiniz asılı olan adamla mübahisəniz düşəcək.
QIZ
Gün vacib qələbələr gətirəcək. Maraqlı adamlarla görüşəcəksiniz. Işgüzar dairə getdikcə genişlənəcək və bununla kifayətlənməyəcəksiniz. Ehtiaml ki, romantik tarixçəniz də olacaq. Bu gün sizin üçün çox vacib olan informasiya alacaqsınız.
TƏRƏZI
Məqsədinizə çatmağınız ümidsiz görünür. Bu gün sizinlə anlaşmaq çətin məsələdir. Bəzən istəməsəniz belə, qarşınızdakının qəlbini qırırsınız. Yaxşı olar ki, ətrafdakılarla münasibətlərinizə aydınlıq gətirəsiniz. Sizi maliyyə çətinliyi də gözləyir.
ƏQRƏB
Çox çətin gün olmasına baxmayaraq, necə deyərlər, sudan quru çıxacaqsınız. Siz soyuqqanlılığını qoruyub saxlaya biləcəksiniz. Təəssüf ki, bu gün ən xırda məsələ belə, sizi hövsələdən çıxaracaq. Baş ağrısı, yuxu pozğunluğu sizin əhval-ruhiyyənizə mənfi təsir göstərəcək. Yaxşı olar ki, sıxlıq olan yerlərə getməyəsiniz.
OXATAN
Işdə probleminizin olacağı ehtimalı böyükdür. Siz vacib işləri kənara qoyaraq, başqa işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Hesablarda və ya sənədlərin rəsmiləşdirilməsində səhviniz olacaq. Şəxsi müstəvidə isə vəziyyət daha yaxşı olacaq.
OĞLAQ
Bu gün qarşılaşdığınız çətinliklər sizə sanki daha da güc-qüvvət verəcək. Nə qədər çətin və dolaşıq vəziyyətə düşsəniz də, öhdəsindən gələcəksiniz. Şəxsi müstəvidə də vəziyyət yaxşı olacaq. Siz və yaxınlarınızın ətrafa baxışı nə qədər fərqli olsa da, kompromisə gəlmək çətin olmayacaq.
DOLÇA
Istənilən işin icrası baxımından məhsuldar gündür. Hətta kimlərinsə xətrinə dəysəniz belə, ürəyinizdən keçənləri dilinizə gətirin. Bu gün gəlirli sövdələşməyə imza atacaqsınız. Əhvalınız yaxşı olacaq və gününüzü də xoş atmosferdə keçirəcəksiniz.
BALIQLAR
Çətin gündür və günün yarısını problemlərinizin həllinə həsr edəcəksiniz. Kömək gözləməyin. Fikirlərinizi bölüşməyi bacarmamağınız yeni tanışlarınızda xoşagəlməz təəssüratlar oyadacaq. Günün ikinci yarısı uğurlu olacaq. Həmçinin xoş sürpriz, yaxud da hədiyyə alacağınız da istisna deyil.

Günün ulduz falı (04.07.12)
•