İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Sarab şöbəsinin əməkdaşları Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Səhənd Məalini tutublar.
“Media forum” saytının məlumatına görə, Səhənd Məali iyulun 2-də atasının mənzilində tutulub. Evdə axtarış aparılıb, azərbaycanlı fəala məxsus kompüter və bir sıra digər əşyalar götürülüb.
Səhənd Məalinin konkret nədə günahlandırılması və hazırda harada saxlandığı bilinmir.


