Ali məktəblərə qəbul imtahanlarının qrafiki açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci ildə ali məktəblərə qəbul imtahanlarının qrafikini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul imtahanları aşağıdakı qrafik üzrə keçiriləcək:

III ixtisas qrupu üzrə – 14 iyul
I ixtisas qrupu üzrə – 20 iyul
IV ixtisas qrupu üzrə – 27 iyul
II ixtisas qrupu üzrə – 3 avqust