AB prezidentinin Cənubi Qafqaza səfəri başlayır

İyulun 3-dən Avropa Birliyi prezidenti Herman Van Rompuyun Cənubi Qafqaza səfəri başlayır. Bu gün o, Yerevana gedir. Ermənistanda prezident Serj Sarkisyan və parlamentin spikeri ilə görüşəcək, parlamentdə çıxış edəcək.

Bu barədə AB prezidentinin saytı məlumat yayıb.

Herman Van Rompuy Ermənistandan sonra Gürcüstanda olacaq.

AB prezidentinin Azərbaycana səfəri iyulun 5-i səhərə planlaşdırılıb.