“Emmanuel” ölüm ayağında

1970-ci illərin kino aləminə damğasını vuran hollandiyalı Hollivud ulduzu Silvia Kristel ağır vəziyyətdə Amsterdam xəstəxanasına yerləşdirilib. 59 yaşlı aktrisa beyin qanaması keçirib. Həkimlər aktrisanın həyatı üçün təhlükənin olduğunu açıqlayıblar (“Hürriyet”).
Silvia Kristel Emmanuel Arsanın romanı əsasında çəkilən “Emmanuel” filmi ilə şöhrət qazanıb.