Əziz Yıldırım azadlığa buraxıldı

Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı məhkəmə qərarları iyulun 2-də açıqlanıb. Lent.az-ın məlumatına görə, 93 nəfərin məhkəməsində tarixi qərarlar verilib.

Həbsdə saxlanılan 4 nəfərdən “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım, klubun I vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı azadlığa buraxılıb.

Yıldırıma cinayətkar şəbəkə qurduğu üçün 2,6 il, danışılmış oyunlarla bağlı 3 il 9 ay həbs cəzası verilib. O, 1 milyon 312 min TL cərimə də olunub. Həbsxanada qaldığı müddət nəzərə alınaraq, klub prezidenti azadlığa buraxılıb. Yıldırım “Karabükspor”, “Ankaragücü”, “Sivasspor”, “Eskişehirspor”, “İstanbul BB” maçlarında danışılmış oyuna getməkdə və stimullaşdırmaqda günahlandırılıb. Apellyasiya Məhkəməsi qərarı təsdiqləsə, o, klub prezidentliyindən məhrum olacaq.